Macara Travel

Bizi İzləyin

Dünyanı Gəz

AVROPA
Fransa, İtaliya

Avropada 43 müstəqil dövlət yerləşir. Onların ən böyüyü Rusiya, ən kiçiyi isə Vatikandır. Avropa Atlantik okeanı ilə Şimal Buzlu okeanı suları ilə əhatə olunub. Yunan əfsanəsinə görə Avropa gözəlliyi ilə göz oxşayan Finikiyalı kral Agenorun qızıdı. Öz cəsarəti ilə ad qazanmış Zevs ona aşiq olur və etibarıını qazanmaq üçün özünü bəyaz buğaya çevirir. Şahzadə buğanın belinə minir. Zevs onu çox uzaqlara aparır və sevgisini etiraf edir.Zevslə Avrapanın Sarpedon,Minos və Rhadamamthys adlı uşaqları dünyaya gəlir. Əgər Avropaya səyahət etməyi planlaşdırırsızsa, seçim imkanlarınız çox genişdir. Londonun zərifliyi, Parisin dəbdəbəsi, Milan, Barselonanın canlı mədəniyyəti, Amsterdam, Şimalı Avrapanın nəfəskəsici mənzərəsi. Dəniz, qum, günəşin şəfəqləri ilə əhatə olunmaq istəyirsizsə İtaliya, İspaniya və Bolqarıstana; Ekskursiyaya çıxmaq istəyirsizsə, Fransa,Almaniya və Böyük Britaniyaya; çılğınlıq dolu anlar yaşamaq istəyirsizsə Lacivərd sahilə, İbiza və Monte Karloya gedə bilərsiz. Bəziləri Londona məşhur Big Ben,Buckingham sarayı; Parisə Luvr muzeyi, Eyfel qülləsi,Versal sarayı və Paris Notr-Dam kilsəsi; Romaya monumental memarlıq əsərləri Kolizey, Vatikan, Pantenon və Trevi fəvvarəsi; Afinaya Parfenon məbədi, Akropolis Muzeyi, Zevs məbədini görmək üçün gedir.

Asia
Tailand, Şri-Lanka

Ən böyük qitəsi və əhalisi olan Asiya dünyanın ən qədim sivilizasiya regionu hesab olunur.Burada müstəqil dövlət yerləşir. Asiya yer kürəsinin yeganə qitəsidir ki, onun sahillərini dörd okeanın suları əhatə edir.Şərq sahillərini Sakit okean,cənub, cənub-qərb sahillərini isə Hind okeanı əhatə edir. Qırmızı dəniz Asiya sahillərində yerləşən ən isti dənizdir. Asiyanın cənub sahillərində adalar azdır.Şri-Lanka buradakı ən iri adadır. Turizmin inkişafına görə Asiya Amerika və Avropadan sonra 3-cü yer tutur. Asiyanın ən məşhur və ən çox turist cəlb edən şəhərləri: Çin,BƏƏ,Yaponiya,İndoneziya, Tailand, Hindistan, Maldiv adaları, Şri-Lanka, Malayziya, Filippin,Sinqapur və s. İnsanların Asiyaya əsas getmə səbəbləri ekzotikadır. Turistlər Hindistana dünyanın 7 möcüzələrindən biri hesab olunan Tac Mahal, filləri və kurort zona olan Qoanı görməyə;İndoneziyaya əsasən Bali adasını görməyə gedirlər. Tailandda yerləşən kurort zona olan Puket adaları əsrarəngiz dəniz və otelləri ilə,budda məbədləri,şəlalə və bağları ilə məşhurdur. Fillipində yerləşən Boracay adası da öz dənizləri ilə məşhurdur.Burada yerləşən "White Beach" dənizi dünyanın 10 ən yaxşı dənizi siyahısına daxildir. Yaponiyaya əsasən məşhur sakura ağaclarını və Fuji dağını görməyə, əsl sushi yeməyə gedirlər.Çinə isə məşhur Çin səddi, Cənnət məbədi, yasaq şəhəri görmək üçün.

Afrika
Misir, Seyşel adaları

Afrika böyüklüyünə görə Avrasiyadan sonra 2-ci ən böyük materikdir. Dünyanın ən uzun çayı,ən uzun şirinsulu gölü,yer qabığının ən uzun çatı,ən isti materiki və dünyanın ən quraq nöktəsi buradadır. Turizm baxımından Afrikada insanların səyahət edə biləcəkləri çox maraqlı yerlər var. Günəşi sevənlər Mərakeş,Tunis və Misirə; tarixi ekskursiyaları sevənlər Piramida və Karfagen xarabalıqlarını araşdırmağa; milli parkları görmək istəyənlər Kenya, Tanzaniya, Madagaskara; səhraların sakitliynə dalmaq istəyənlər isə Namibiya və Əl Cəzairə gedə bilərlər. Afrikadan danışarkən adaları da qeyd etmək lazımdır.Günəşli Kanar adaları tək çimərlik tətilini deyil, eyni zamanda dünyanın ən yaxşı partilərini təşkil edir, Madagaskar zəngin faunası və ağ sahilləri ilə diqqəti çəkir; Mavriki sizi zümrüdü yaşıl cəngəlliklərə dəvət edir; Seyşel adaları isə sizi dünyada cənnətin olduğuna inandırır. Afrikada həmçinin dünyanın ən böyük səhrası Sahara da yerləşir

Şimali Amerika
ABŞ, Kanada, Meksika

Şimali Amerika Şimali Amerika Qərb yarımkürəsin şimalında yerləşir. Əhalisi 500 milyon nəfərdən çoxdur. Burada 23 dövlət yerləşir və onlardan 16-sı Latın Amerikasına, 7-si isə Mərkəzi Amerikaya aiddir.Ən böyük ölkələr Kanada, ABŞ və Meksikadır. Yer kürəsinin ən böyük adası Qrenlandiya da bura aiddir. Avropadan sonra turistlərin ən çox ziyarət etdikləri 2-ci istiqamətdir. Ən çox ABŞ və Kanada,ikinci isə Karib adalarına turist axını olur. Ən maraqlı yerlərdən biri ABŞ ərazisidir.Burada çoxlu milli parklar, ən məşhur kurortlar-Florida,Havay adaları,Kaliforniya var. İlk dəfə Amerikada olanlar Las Veqas kazinosuna,Hollivuda və Disneyləndə getməkdən özlərini saxlaya bilmirlər. Kanada etnoqrafik və ekoloji turizmin mərkəzidir. Burada təbiət sevənlər üçün çoxlu meşələr,göllər və parklar var. Məşhur Niagara şəlaləsi də məhz burada yerləşir. Meksikada siz dünyanın ən yaxşı dənizlərini,ən gözəl milli parklarını görə bilərsiz. Bura dalma, rafting və ekoturizm üçün əla seçimdir. Siz həmçinin Kuba, Yamayka, Baham adaları, Dominikan Respublikası, Haitiyə də ziyarət edə bilərsiz. Ada dövləti olan Kuba özünün dənizləri ilə məşhurdur və ən yaxşıları paytaxt Havanada yerləşir.Ədəbiyyat sevərlər Havana yaxınlığında yerləşən Ernest Hemenqueyin ev muzeyini ziyarət edə bilərlər. Yamayka Karib arxipelaqının ən iri adalarından biridir.Keçmişdə dəniz quldurlarının məşhur adalarından biri olan Yamayka indi çimərlik cənnətidir.Dərinliklərdə üzməyi sevənlər üçün yerli sualti park ideal yerdir. Dominikan Respublikası son on illiklərdə ən dəbdə olan kurort ərazilərdən biridir. Dağları, həmişə yaşıl meşəlikləri, dənizləri, tropik meyvələri və təmiz suları ilə xeyli turist cəlb edir. Kolumb özünün məşhur səyahəti zamanı ən son məhz bu adanı görmüşdür.

Cənubi Amerika
Argentina, Braziliya

Cənubi Amerika böyüklüyünə görə 4-cü ən böyük qitədir.Cənubi Amerika ABŞ-dan cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir. Region ərazisinin böyük əksəriyyəti ispan,portuqal və fransız dillərində danışır. Buna görə də region Latın Amerikası adlandırılır. Burada dünyanın ən hündür şəlaləsi,ən uzun dağ silsiləsi, ən böyük ovalığı və ən böyük həmişəyaşıl meşəsi yerləşir. Həyəcan verici anlar yaşamaq üçün turistlər Cənubi Amerikaya əsasən üz tutur. Brazilaya turistləri ən çox məşhur karnavallar, hərarətli rəqslər və Amazon cəngəllikləri cəlb edir. Argentina Braziliyadan sonra ikinci ən böyük dövlətdir. Bu əyalətdə əsas görməli yer YUNESKO-nun Ümumdünya İrsinə daxil edilən gözəl Kebrada-de-Umauaka vadisidir Boliviya Cənubi Amerikanın mərkəzi hissəsində yerləşir. Dənizə çıxışı yoxdur. Əsasən ekzotikası ilə turist cəlb edir.Milli parkları ilə və duz gölü çox məşhurdur. Venesuelada siz Marqarita adasında, Karakas yaxınlığında Avila milli parkında, amazon cəngəlliklərində, planetin ən yüksək şəlaləsi Anxeldə dincələ bilərsiz. Kolumbiya özünün tarixi irsi, çoxlu muzeyləri,milli parkları,palma vadiləri və qəhvə ağacları ilə məşhurdur. Çilidə müalicəvi turizm geniş yayılmışdır (33 sanatoriya). Milli park La Campana da turistlərin diqqətini cəlb edir

Avstraliya
Avstraliya İttifaqı

Avstraliya dünyanın ən kiçik materiki olub. Materikdə yalnız bir dövlət -Avstraliya İttifaqı yerləşir. Ən böyük şəhəri Sidneydir. Ərazisnə görə Avstraliya 6-ci ən böyük ölkədir. İnkişaf etmiş ölkələr siyahısına daxildir. Burda qış yayda başlayır. Yeni ili isə qızmar havada qarşılayırlar. Öz unikal təbiəti ilə turistləri özünə cəlb edən Avstraliya ekzotik yerləri ilə məşhurdur.Qızıl Sahil isə ən çox diqqət cəlb edən yerlərdəndir. Burada məşhur olan şəhər Surfers Paradise sörfinq sevənlərin ən sevimli yerlərindən biridir.Həmçinin, burada çoxlu klub və barlar var. Pert rayonunda siz çöl çiçəklərini seyr edə bilərsiz. Sidney şəhərində siz Sidney körpüsü, Teleqülləni və operanı görə bilərsiz. Avstraliyada turistlərin diqqətini çoxsaylı kenqurular çəkir.

SEÇİLMİŞ TURLAR

Çoxsaylı tur təklifləri arasından ən özəl olanları sizin üçün seçdik.

Xidmətlər

MÜŞTƏRİ RƏYLƏRİ

"Macəra Travel"in xidmətlərindən istifadə etdim və çox razı qaldım. Gülərüz personal ən uyğun variantlar arasından ən lazım olanı seçməyimdə mənə böyük dəstək oldular.

Zahir Rəhimov

MÜŞTƏRİ RƏYLƏRİ

"Macəra Travel"in xidmətindən çox razı qaldım. İstər səfər öncəsi, istər səfər müddəti ərzində bütün suallarıma opretiv rekasiya verdilər, yardımçı oldular.

Gündüz Şabiyev

6
qitə
12
istiqamət
36
ölkə
223
təklif