Macara Travel

Bizi İzləyin
m

İLK İNQİLAB ETMİŞ OTELLƏR

m

İLK İNQİLAB ETMİŞ OTELLƏR

Bu gün otaqlarında televizor,vanna otağı,sabun mayəsi olmayan otelləri təsəvvür etmək çətindir.Oteldə biz uşaqlar üçün ayrıca dayə tuta,bilyardda oynaya və hovuzda belə  üzə bilərik.
Əvvəllər otellər çox primitiv idi.Buna görə də daha çox müştəri cəlb etmək üçün  otel industriyası inkişaf edərək artıq XX əsrin yarısında  daha yüksək komfortlu şərtlər təklif etməyə başladı.

Londonda The Goring Hotel -Nömrədə vanna otağı

Dünyada ən yaxşı otellərdən biri olmaqla yanaşı,kral cütlüyü arasında da məşhurdur.Otel 1910-cu ildə qonaqları təəccübləndirməyi bacardı.Belə ki,təmirdən sonra hər nömrə vanna otağı ilə təchiz olundu.Bu o zamanlar böyük səs küyə səbəb oldu,axı daha ümümi vanna otağına sıra ilə növbə gözləmək lazım deyildir.

Londonda Four Seasons London at Park Lane-pulsuz tualet əşyaları

60 il sonra Four Seasons London at Park Lane  otelinin nömrələrinin öz vanna otaqlarında,rəflərdə qonaqlar üçün müxtəlif tualet əşyaları peyda olmağa başladı-şampun paketi,sabun,diş məcunu.
Burada hələdə dəyişməz olaraq Roja Dove kosmetik vasitələrindən istifadə edirlər.

Hong Kongdakı Hilton Hong Kong - Otaqdakı Mini Barlar

Ötən əsrin 60-cı illərinin əvvəllərində Alman şirkəti Siegas, dünyanın ilk mini-barını soyutma sistemi ilə təqdim etdi. 1974-cü ildə Ken Moss (CEO) və Robert Arnold (F&B direktoru) Hilton Hong Kong otelində bu məhsullarla maraqlandılar. Təcrübə olaraq otaqlarda bir minibar quraşdırıldı və satışa başladıqdan sonra minibarın məhsulları 500% bahalaşdı və itkilər minimal oldu - ümumi dəyərin cəmi 5%.
Daha sonra Nyu Yorkdakı qərargahdakı məruzəsində Ken Moss rəsmi olaraq bütün otaqlarda mini barların tətbiq olunduğunu elan etdi. İdarəetmə şirkəti bu ideyada potensialı gördü və tezliklə bütün Hilton otelləri otaqlarında mini barlarla təchiz edildi.Digər beynəlxalq otel markaları da belə bir yeniliyi özləri üçün tətbiq etmək qərarına gəldilər. Yeri gəlmişkən, Hilton Hong Kong 1995-ci ildə bağlandı.

Dallasdakı Texas Adolphus Otel - Otaqda Kondisioner

Texasın isti və rütubətli iqlimi qonaqpərvərlik sənayesinə öz töhfəsini verdi. Burada 1950-ci ildə məhz Adolphus Otelində kondisioner quraşdırılmağa başlandı. 

Bostonda Boston Park Plaza Otel - hər otaqda radio

Ötən əsrin iyirminci illərini radionun vaxtı adlandırmaq olar. Qəzetlərdən sonra ikinci məlumat mənbəyi olduğu üçün hamı onu dinlədi. Həmçinin  burada musiqi çalırdı. 1927-ci ildə Boston Park Plaza qərar verdi ki, hər otaqda bir radio olsun. Bu çox böyük  bir üstünlük idi, çünki hər kəs evdə bu "texnologiya möcüzəsinə" sahib deyildi. Bu gün radioya az qulaq asırlar  və onun yerinə televizorlar gəlib,hansı ki, ona otellər daxil hər yerdə baxırlar

New Yorkdakı Waldorf Astoria - gündə 24 saat otaq xidməti

Waldorf Astoria Otel bir çox şeydə "ən yaxşısı" dır. Burada məşhurlar yaşayırdılar (və yaşayırlar), xüsusilə vacib qonaqlar üçün bir dəmir yolu girişi olan yeraltı keçid var, bir nömrəsi digərinin dizaynını təkrarlamır (və yeri gəlmişkən, bunlardan 1232-si var). Waldorf Astoria 24 saatlıq otaq xidməti təklif edən ilk otel idi.

San Diego California otel del Coronado - Milad ağacı

Sakit okean sahilində yerləşən Hotel del Coronado, 1904-cü ildə küçədəki bir Milad ağacını elektrik lampaları ilə bəzədi. O vaxtdan bəri, Yeni il çələngləri üçün moda bütün dünyanı bürüdü və  bu günə qədər hələ də bayram atmosferi yaradır.

Şərh Yaz