Macara Travel

Bizi İzləyin
m

Payız Aylarında İstirahət edə biləcəyiniz yerlər

m

Payız Aylarında İstirahət edə biləcəyiniz yerlər

Sizə tək və ya ailənizlə birgə payız aylarında münasib qiymətə və əla şərtlərlə istirahət edə biləcəyiniz yerlərin siyahısını təqdim edirik.

BƏƏ

Payızda BƏƏ turistlər arasında ən məşhur və ən çox tələb olunan istirahət yerlərindən biridir.Hər bir əmirlik özünün dəbli dənizlərini təqdim edir,dəbdəbəli otellərin xidmət səviyyəsi isə ən yüksək təriflərə layiqdir.Ölkənin şəhərləri özünün tropik və quru subtropik iqlimi ilə xarakterizə olunur.

Tailand

Payızda Tailandın havası səs-küylü dəniz istirahətinə deyil,əsasən sakit piyada və ekskursiya gəzintilərinə uyğundur.Bu o demək deyildir ki,dəniz istirahət edənlər üçün bağlıdır,bir çoxları üçün dəniz sezonu hələ də davam edir və mavi dəniz,günəş şüaları öz turistlərini məmnuniyyətlə qarşılamağa davam etməkdədir.

Qoa

Oktyabr havası quru sezounun yaxınlaşdığını göstərir.Əvvəlki aylar ərzində davam edən mussonlar hər günü gündən öz təsirini zəiflədir və bunun nəticəsində yağıntılar mühüm dərəcədə azalır.

Dominikan

Payızda dominikan havası dəniz istirahətinə kifayət qədər uyğun olur,lakin sentyabr ayı istisna təşkil edə bilər.Beləki siklonların yağış qismində peyda olması ehtimalı var.Sentyabrda ara-sıra sahilə qasırğa düşə bilər.Lakin bu hal yaxşı havaya nisbətən daha gec baş verir.

Misir

Misir payızı haqlı olaraq ən yaxşı "məxmər"sezonu adına iddialıdır.Məzuniyyəti məhz Sinay yarımadasında və Qırmızı dənizin qərb sahilində keçirməyə dəyər.Payızda Misir çox isti olsa da siz özünüzü komfortlu hiss edəcəksiz.Hətta günorta belə əldən salan isti yoxdur.Turizm sahəsinin ekspertləri payızı Misirdə istirahət etmək üçün ən ideal vaxt hesab edirlər.

Hainan

Sentyabr və Oktyabr ayında Çinin Hainan adasında hələ də isti hava durur və dənizin temperaturu üzmək üçün əla isinib.Bu cür hava həm dəniz istirahətinə,həm də ekskursiya gəzintiləri üçün uyğundur.

Şərh Yaz