Dünyanın 10 ən kiçik ölkəsi
Vatikan (0,44 км²)
Vatikan — Dövlətin rəsmi adı – Qrad Vatikan, yəni Vatikan şəhər dövlətidir. İtaliyanın paytaxtı Romanın qərb hissəsində yerləşir. Həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçiyi, eyni zamanda müstəqil və suveren ölkəsidir.
Vatikanın yarısını bağlar tutur.Burda siz Müqəddəs Pyotr Bazilikasını seyr edə,yerli muzeylərdə kolleksiyalara baxa və İsveçrə gözətçiləri ilə şəkil çəkdirə bilərsiz.
Monako (1,95 км²)
Suveren şəhər-dövlət statusuna malik daha bir miniatür ölkə.
Monaka bir çox rekordların sahibidir:Avropada ən yüksək əhali sıxlığına (1 km²-ə 16 403,6 nəfər) və dünyada işsizliyin ən aşağı səviyyəsinə (inanılmaz 0%) sahibdir
San Marino (61 км²)
Kiçik San Marino Respublikası hazırda mövcud olan suveren dövlətlərin və konstitusiyalı monarxiyaların ən qədimidir. San Marinonun yaranma tarixi 3 sentyabr 301-ci ildir.
Buraya qonşu İtaliyadan bir günlük səyahət edə bilərsiniz. Digər turistlərin izdihamına qoşularaq, kiçik suvenir əldə etmək üçün Castello della Cesta'ya dırmaşa bilərsiz.
Lixtenşteyn (62 км²)
Mərkəzi Avropada yerləşən, knyaz tərəfindən idarə edilən konstitusiyalı monarxiya dövləti. Lixtenşteyn Reyn çayının sağ sahilində yerləşir, Avstriya və İsveçrə ilə həmsərhəddir.
Bu ölkə də öz rekordları ilə fəxr edir: ölkənin dünyada ən az xarici borcu var.
Bundan əlavə, qürurun başqa səbəbləri də var: məsələn, Alp dağlarında yerləşdiyinə görə qış idman növləri üçün əla şərait.
Lixtenşteynin paytaxtı Vaduz az vergi ödəmək istəyənlər üçün cənnətdir.
Malta (316 км²)
Malta Respublikası bir deyil, üç bütöv adadır: Malta, Gozo və Komino. Ölkə Aralıq dənizində, Siciliyanın cənubunda və Tunisin şərqində yerləşir. Bunun sayəsində, Malta yayda həmişə isti və qışda olduqca rahatdır.
İstədiyiniz vaxt tarixi meqalitik məbəd kompleksi Djganiya (Ġgantija) görə bilərsiniz.
Andorra (468 км²)
Şərqi Pirineydə yerləşən,İspaniya və Fransa ilə həmsərhəd olan Andorra milyonlarla turist cəlb edir. Səyyahlar ucuz elektronika, alkoqol və siqaret almaqla vergilərə qənaət etmək üçün bir gün buraya gəlməyə çalışırlar.
Andorrada daha uzun qalsanız, xizək və snoubord sürə və ya dağlara dırmaşmağa gedə bilərsiz.Girona, Reus və Barselona hava limanlarından çatmaq daha rahatdır.
Lüksemburq (2 586 км²)
Lüksemburq-Qərbi Avropada olan kiçik bir dənizə çıxışı olmayan ölkədir. Belçika, Fransa və Almaniya ilə sərhədlərini bölən hersoqluğun paytaxtı Lüksemburq şəhəridir, Avropa İttifaqının üç paytaxtından biridir.Brüssel və Strasburqla yanaşı Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi burada yerləşir.
Ecazkar Orta əsrlər qalası Vianden turistlərin diqqətinə layiq yerlərdən biridir.
Kipr (9 251 км²)
Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası.
Kipr diskotekalar, səs-küylü partilər, maraqlı xarabalıqlar və gözəl çimərliklər ilə məşhurdur.
Kiprdə dalğıc üçün əla şərait yaradılıb. Larnaka limanının yaxınlığında yerləşən Zenobia sərnişin bərə qəzası (1980-ci ildə ilk səyahət zamanı batdı) dünyanın dalğıcları üçün ən maraqlı yerlərdən biri hesab olunur!
Kosova (10 887 км²)
Kosovo ölkəsi xəritədə yalnız 2008-ci ildə meydana çıxdı, buna görə də yalnız ən kiçik deyil, həm də ən gənc ölkələrdən biridir. Təqribən 2 milyon əhalisi olan respublika hələ də yalnız qismən tanınır.
Kosovanın canlı və qonaqpərvər paytaxtı Priştina tarixi məscidləri, bazarları və kafeləri ilə (Bill Klintonun üç mərtəbəli portretini qaçırmayın!) sizi heyran edəcək.Eləcə də Brezovitsa kurortu sizi laqeyd qoymayacaq.Kosovadakı dağlar Balkanlardakı ən yaxşı xizək mərkəzlərindən biridir.
Macarıstan (13 812 км²)
1878-ci ildə imzalanan Berlin Sazişi ilə Osmanlı dövlətindən ayrılan və Birinci Dünya müharibəsindən sonra Yuqoslaviyanın tərkibinə daxil edilən Monteneqronun qonşuları, Albaniya, Kosova, Serbiya, Xorvatiya, Bosniya və Herseqovinadır. Ölkə sahillərinin cənubunu Adriatik dənizinin suları yuyur.
Monteneqronun dağ mənzərələri həqiqətən möhtəşəmdir: sıx meşələrin arasında göllər və çaylar gizlənir və qarlı zirvələrdə xizək sürmək üçün hər cür şərait yaradılıb. Kolasin Monteneqronun ən yaxşı qış kurortlarından biridir.