Macara Travel

Bizi İzləyin
m

DİSNEYLAND PARİS: Nağıllar dünyasına düşəcəyin sehirli aləm

m

DİSNEYLAND PARİS: Nağıllar dünyasına düşəcəyin sehirli aləm

Avropanın ən böyük əyləncə parkı,Disneyland Paris 1992-ci ilin aprel ayında açıldı.Sahəsi 1943 hektar təşkil edir. Disneyland Parisin özündə deyil, Fransanın paytaxtından 35 km məsafədə yerləşən Marne-la-Valais şəhərciyində yerləşir.

Disneyland Park iki tematik parkdan ibarətdir:Disneyland Park və Walt Disney Studios Park.

Həmçinin ərazidə yerləşir: Disney Village otel kompleksi, idman salonları və tennis kortları, 50-dən çox tematik kafe və restoranlar, əyləncə mərkəzləri, klublar, bir çox mağaza, hovuz, qolf meydançası, boulinq mərkəzi, kinoteatrlar və sair.

Əlbəttə ki, təxminən 2 min hektar ərazini,üstəgəl uşaqlarla birgə gəzmək qeyri-realdır. Buna görə Disneyland Parkı boyunca dəmir yolu xətti keçir. Sevimli qatar vaqonlarında ziyarətçilər bir nöqtədən digərinə keçə bilərlər. Qatar aşağı sürətlə hərəkət etdiyi üçün pəncərədən bütün ətrafa rahat baxa bilərsiniz.


Parisdə beş Disneyland "Respublika"

Ziyarətçilərin rahatlığı üçün əyləncə parkı beş nağılvari "respublika-ölkəyə" bölünür:

"ABŞ-ın əsas küçəsi" (Main prospekti U.S.A);

"Fantaziya ölkəsi" (Fantasyland);

"Macəra ölkəsi" (Adventureland);

Vəhşi Qərb (Sərhəd ölkəsi);

"Kəşf ölkəsi" (Discoveryland).


"ABŞ-ın əsas küçəsi" (Main prospekti U.S.A)


Turistlər bura çatdıqda, onların neçə yaşlarında olmağının fərqi yoxdur - onları yenə də böyük zövq gözləyir. Əsas küçə 19-cu əsrin ortalarında olan Amerikanı xatırladır.

Küçənin hər iki tərəfində mağazalar və restoranlar var.Şəkil çəkdirə biləcəyiniz  Uolt Disneyin sehrli qəhrəmanları cizgi filimlərində səslənən məşhur musiqi sədaları altında gəzir; retro avtomobillər sürür - hər yerdə tətil mühiti hökm sürür.

Küçənin sonunda Disneylandın əlamətdar yeri yerləşir: Yatan gözəlin böyük çəhrayı qalası.

"Fantaziya ölkəsi" (Fantasyland)


Bu ölkə ən gənc qonaqlar üçün yaradıldı: məktəbəqədər uşaqlar və ibtidai sinif şagirdləri. Qızları ilk növbədə Yatan Gözəlin  qalası cəlb edir. Oğlanlar isə qalanı qoruyan ,odla nəfəs alan əjdahaya sevinəcəklər.

Uşaqlar böyüklər ilə birlikdə Ağbənizin  evini və  7 cırtdanı, Möcüzələr diyarı Alisanın  labirintini, "Vinni Pux və onun dostları" attraksionlarını, "Peter Pan'ın Uçuşu", "Cəngavər Lancelot"və "Pinocchio'nun Fantastik sərgüzəştləri"ni ziyarət edə biləcəklər.Sizi həmçinin  "Bu Kiçik Dünya" mahnısı səadaları altında  gözəl,sakit qayıq gəzintisi də gözləyir.

"Macəra ölkəsi" (Adventureland)


Burda ən gözəl atraksionlardan  biri - "Karib dənizinin quldurları",həmçinin: "İndiana Jones", "Kapitan Hook Qalereyası", "Macəralar adası", "Ağac Evi" və s.yerləşir.

Burda məsələn, tərk edilmiş bir şəhərdəki Indiana Jones-da özünüzü bir sıra qeyri-adi sərgüzəştlərin içində tapacaqsınız.Siz bir mağarada dayanmalı, asma körpüdən və bir şəlalədən keçməli, pirat hücumlarını dəf etməli, labirintdən çıxış yolu tapmalı və qonaqlar üçün sirlərin saxlandığı sirli adaya baş çəkməli olacaqsız.

Bu "ölkədə" çox məşhur atraksion"Karib dənizinin quldurları"yerləşir. Məşhur "Yohoho" mahnısı altında  gəmiyə minib sürprizlərlə dolu bir səyahətə çıxırsız. Eyni filmin pərəstişkarları burada Sərçə Cekin özü və digər qəhrəmanları - quldurlarını görüb,eyni vaxtda təəccüb, sevinc və dəhşət yaşayacaqlar.

"Sərhəd ölkəsi" (Frontierland)


Bu "ölkə" Disneylendin digər "ölkələri" ilə müqayisədə kiçik bir ərazini tutur.Bura tamamilə Vəhşi Qərb üslubundadır və burda kovboylar,hindular, eləcə də xarizmatik Amerika qərbləri arasında qarşıdurma mühiti var idi.

Atraksionların  adları uyğundur: "Böyük Dağ", "Ruhlarla dolu Ev", "Hindular Kəndi". Siz düşmənə atəş edə, qızıl axtarana çevrilə və heyvanların təbii mühitdə, həqiqi bir ranchda olduğu kiçik, lakin çox maraqlı bir zooparka baş çəkə bilərsiniz.

Bu "ölkə"də teatra da gedə bilərsiniz. Əfsanəvi qəhrəman Mickey Mouse və Tarzan'ın sərgüzəştləri haqqında mütəmadi olaraq nümayişlər göstərilir.

"Kəşf ölkəsi" (Discoveryland)


Bura bütün xəyalpərəstlər və intergalaktik sərgüzəştləri sevənlər üçün maraqlı olacaq. "Kosmik dağ", "Yerdən aya", "Ulduz tur" - bu attraksionların adları belə onlar haqqında çox şey deyir.

Bu "respublika"da xəyalpərəstlərin  mərkəzi atraksionu Kosmos Dağıdır (Space Mountain: Mission-2). Hündürlüyü təxminən 40 metrdir.

Lazer atışmalı Lazer Blast atraksionu həmişə 6-10 yaşlı uşaqları cəlb edir, lakin böyüklər də buranı çox sevirlər. Çünki burada onları ən çox sevdikləri "atıcılar" gözləyir. "Oyuncaq hekayəsi 2" cizgi filmini xatırlayırsınız? Bu atraksionun  ideyası buradandır: bir kosmik gəmiyə minmisən (iki nəfərlikdir), sənə lazer silahı verirlər və nəhəng qorxunc canavarlar vurursan və qələbələr xüsusi bir ulduz ekranında əks olunur.

Baş döndürücü gəzintilərindən sonra lazer şousu izləyə və ya kartinqə gedə bilərsiniz.

"Walt Disney Studiyası" ( Walt Disney Studio Park )


Qeyd etdiyimiz kimi Parisdəki Disneyland iki parkdan ibarətdir.Main Street U.S.A-dan dönsəniz, özünüzü Walt Disney Studio parkında dərhal tapacaqsınız.

Bu park əsas hissədən  daha gec açıldı - 2002-ci ildə. Və burada yerləşən hər şey ayrılmaz və kinoteatrla sıx əlaqəlidir: attraksionlar, müxtəlif evlər, otaqlar və mağazalar. Bu əyləncə kompleksi "böyük" uşaqlar üçün daha çox nəzərdə tutulub, baxmayaraq ki, animasiya ilə əlaqəli bəzi attraksionlar azyaşlı uşaqlar üçün də maraqlı olacaqdır.

Walt Disney Studio Parkı dörd sektora bölünür: Hollivud Bulvarı, Kamera Dəsti, Animasiya Dünyası və Pərdə Arxasında Dünya.

"Animasiya dünyasında" sevimli cizgi filmlərinizin necə çəkildiyini görə bilərsiniz.Həmçinin  siz özünüz  və uşağınız da cizgi filmi çəkməyə cəhd edə bilərsiniz.

"Pərdə arxası dünyası"nda ən məşhur atraksion Rock N Roller Coaster yerləşir.Burda siz məşhur qrup Aerosmitthin mahnıları altında sürüşə bilərsiz.

Hər cür "dəhşət" i sevənlər - "Hollywood Hotel" (Hollywood Tower Hotel) attraksionuna getməkdən çəkinməsin.Buranı həmçinin  Disneylenddəki Hollywood Qülləsi də adlandırırlar.

Gündə üç dəfə Walt Disney Studio Parkında özünəməxsus" kaskadyor" şousu görə bilərsiniz. Tamaşa əsnasında peşəkar sürücülər maşınlarında inanılmaz fəndlər göstərirlər.

Buradakı "Hollywood bulvarı", Los-Ancelesdəki məşhur bulvarla eynidir. Mağazalarda müxtəlif suvenirlər, filmlərdən aksesuarlar ala bilərsiniz və təkərli  yeməkxanalardan  birində qəlyanaltı edə bilərsiz.


Harada qalmaq olar?

Parkın yaxınlığında əvvəlcədən sifariş edilən ən yaxşı 10 otel var.


Hotel Disneyland


Beş ulduzlu "Disneyland" oteli parkın girişində yerləşir. Victoria üslubunda olan otel həm xarici, həm də daxilən lüks görsənir. Otelin adına uyğun olaraq siz hər yerdə disney cizgi film qəhrəmanlarını görəcəksiz.

Restoranda masanıza qəhrəmanlardan istənilən biri yaxınlaşıb,şəkil çəkdirə bilər.Yalnız bu oteldə övladlarınız, peşəkar makiyaj sənətçilərinin köməyi ilə şahzadə, kovboy və digər Disney personajlarına çevriləcəklər. Disneyland Otelində pulsuz parkinq, 2 restoran, uşaq menyusu, kafe-bar, üzgüçülük hovuzu, SPA mərkəzi və fitness mərkəzi var. Park attraksionlarını ziyarət edərkən Castle Club və Suite otaqlarının qonaqları üçün xüsusi imtiyazlar mövcuddur.

Disney's New York


Turistlərin fikrincə fransız Disneyləndində ən məşhuru otel "Disney's New York"dur.Dörd ulduzlu oteldə 500 geniş otaq var. Hər biri kondisioner, peyk televiziyası, tualet dəsti və bir fen ilə vanna otağı ilə təchiz olunmuşdur. Bəzi otaqlarda terraslar var. Pulsuz park, qapalı hovuz, idman zalları, tennis kortu, video oyun otağı, hidromasaj və sauna, camaşırxana və mağaza var.


Şərh Yaz